Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəsmi saytı fəaliyyətə başlayıb - FOTO

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəsmi saytı fəaliyyətə başlayıb - <font color=red>FOTO</font>
# 09 iyul 2012 14:56 (UTC +04:00)
APA-nın “AzərTAc” dövlət agentliyinə istinadən verdiyi məlumata görə, Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyindən bildirilib ki, Azərbaycan, rus və ingilis dillərində təqdim olunan yeni saytda (www.leyla-aliyeva.az) L. Əliyevanın çoxşaxəli fəaliyyətinin bütün istiqamətləri ilə bağlı dolğun məlumatlar əldə etmək mümkündür.

Saytın “Fəaliyyət” bölməsində L. Əliyevanın Heydər Əliyev Fondunda, “Baku” jurnalında, İslam Konfransı Təşkilatı Gənclər Forumunda, Rusiya Azərbaycanlı Gənclər Təşkilatında və IDEA Beynəlxalq Ətraf Mühit Kampaniyasındakı (International Dialogue for Environmental Action) fəaliyyəti əks olunub.

Bölmələrin hər birində müvafiq rəsmi saytlara keçid yerləşdirilib.

Saytda L. Əliyeva tərəfindən təsis olunmuş, Azərbaycanın dünyada təbliğ edilməsində xüsusi rolu olan “Baku” jurnalının fəaliyyəti ilə tanış olmaq mümkündür.

Onun Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətindəki fəaliyyəti, “Xocalıya ədalət” kampaniyası çərçivəsində gördüyü işlərlə bağlı məlumatlar ayrıca bölmədə yer alıb.

Saytda L. Əliyevanın təşəbbüsü ilə fəaliyyətə başlayan IDEA Ətraf Mühit Kampaniyası ilə bağlı da geniş məlumatlar var. Bundan başqa, sayta daxil olanlar L. Əliyevanın səfərlərini interaktiv xəritə vasitəsilə izləyə, müxtəlif mətbuat orqanlarına verdiyi müsahibələrlə tanış ola biləcəklər.

Saytda L. Əliyevanın fotoları və videoları da yerləşdirilib. Bunun üçün ayrıca “Şəkillər” və “Video” bölməsi yaradılıb. Burada L. Əliyevanın iştirak etdiyi tədbirlər yüksək keyfiyyətlə və peşəkarlıqla əks olunub.

Saytın “Yaradıcılıq” bölməsində L. Əliyevanın şeirləri, rəsm əsərləri yerləşdirilib.

“Bioqrafiya” bölməsində isə L. Əliyeva tərəfindən çəkilmiş şəkillər yer alıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR