«İnkişaf üçün Maliyyə» təşkilatı ötən il kredit portfelini 2,5 dəfə artırıb

«İnkişaf üçün Maliyyə» təşkilatı ötən il kredit portfelini 2,5 dəfə artırıb
# 01 mart 2012 14:58 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «İnkişaf üçün Maliyyə» bank olmayan kredit təşkilatının problemli kreditlərinin həcmi 2012-ci ilin yanvarın 1-nə 150 min manat təşkil edib ki, bu da ümumi kredit portfelinin 1,5%-nə bərabərdir. Bunu «APA-Economics»ə açıqlamasında təşkilatın İdarə Heyətinin sədri Cəlal Əliyev bildirib.

C.Əliyevin sözlərinə görə, problemli kreditlər portfeli əsasən krediti vaxtında ödəməyən iri ssudalar alan müştəriləri əhatə edir. Ödənilməyən vəsaitlər isə öz növbəsində məhkəmə yolu ilə tədricən geri qaytarılır.

C.Əliyevin sözlərinə görə, bu ilin yanvarın 1-nə şirkətin məcmu kredit portfeli 10 mln. manat təşkil edib ki, bu da ötən ilin əvvəlinə olan göstərici ilə müqayisədə 2,5 dəfə çoxdur.

Bundan başqa, 2011-ci il ərzində təşkilatın müştəri bazası təxminən iki dəfə artaraq 10 minə çatıb ki, burada fərdi müştərilər üstünlük təşkil edir.

C.Əliyev bildirib ki, kredit portfelində ticarət sahəsinə ayrılan kreditlərin xüsusi çəkisi 40%, kənd təsərrüfatı sektoru - 20%, digər sahələr isə 40% təşkil edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR