Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının işçi qruplarının iclası keçirilir

Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının işçi qruplarının iclası keçirilir
# 13 avqust 2012 10:08 (UTC +04:00)
Azərbaycan İqtisadi İnkişaf Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasında sərmayə mühitinin yaxşılaşdırılması, iqtisadiyyatın diversifikasiyası, nəqliyyatın inkişafı və sahibkarlıq üzrə 4 işçi qrupu fəaliyyət göstərir. İşçi qruplarının 2-ci iclasında Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstanın dövlət və özəl sektoru təmsil edən nümayəndələri tərəfindən müvafiq sahələr üzrə müzakirələr aparılır. Bu gün işə başlayan iclas sabah günorta saatlarınadək davam edəcək və daha sonra Nazirlərin 2-ci görüşü başlanacaq.
Qeyd edək ki, tədbirdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasında təmsil olunan ölkələrin - Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstanın iqtisadiyyat nazirləri, eləcə də dövlət və özəl sektoru təmsil edən nümayəndələr iştirak edəcəklər.
Tədbir çərçivəsində mövcud əməkdaşlıq və əlaqələrin genişləndirilməsi perspektivləri müzakirə olunacaq.
Görüşün sonunda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası çərçivəsində iqtisadi əməkdaşlığın gələcək istiqamətlərinin müəyyənləşdirilməsi məqsədilə Bişkek Zirvə Görüşü üçün tövsiyələrin qəbul olunması gözlənilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR