İranda nüvə alimlərinə qarşı sui-qəsd həyata keçirməkdə şübhəli bilinən bəzi şəxslər həbs olunub

İranda nüvə alimlərinə qarşı sui-qəsd həyata keçirməkdə şübhəli bilinən bəzi şəxslər həbs olunub
# 06 may 2012 22:03 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. İranda nüvə alimlərinə qarşı sui-qəsd həyata keçirməkdə şübhəli bilinən bəzi şəxslər həbs olunub.

APA-nın İRİB-ə istinadən verdiyi məlumata görə, bu barədə İranın informasiya, təhlükəsizlik və kəşfiyyat naziri (ETTELAAT) Heydər Moslehi bildirib. Onun sözlərinə görə, bir neçə nəfər narkotik qaçaqmalçısı həbs olunub: “Onlardan bir neçəsinin iranlı nüvə alimlərini qətlə yetirməkdə əli var”.

Qeyd edək ki, İranda nüvə alimləri Məsud Əli Məhəmmədi, Məcid Şəhriyari, Daryuş Rzanejad və Mustafa Əhmədi Rövşən sui-qəsd nəticəsində qətlə yetirilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR