Bakıda kafedə silahlı insident olub

Bakıda kafedə silahlı insident olub
# 13 sentyabr 2012 08:38 (UTC +04:00)
Bu barədə APA-ya Nəsimi rayon Prokurorluğundan bildirilib.

Hadisə ötən gecə rayonun 3-cü mikrorayon ərazisində qeydə alınıb. Mikrorayon ərazisində fəaliyyət göstərən kafelərin birində 34 yaşlı Əhməd Həsənov naməlum şəxs tərəfindən güllələnib. Yaralı ayağından aldığı güllə yarası ilə xəstəxanaya yerləşdirilib.

Hadisənin kimin tərəfindən və hansı məqsədlə törədildiyi hələlik məlum deyil.

Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR