Nazir: “Azərbaycanda tarix, coğrafiya, ekologiya dərslərinin təbiət qoynunda, muzey və qoruqlarda keçirilməsi təklifini çox bəyənirik”

Nazir: “Azərbaycanda tarix, coğrafiya, ekologiya dərslərinin təbiət qoynunda, muzey və qoruqlarda keçirilməsi təklifini çox bəyənirik”
# 04 aprel 2012 08:14 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı – APA. “Mədəniyyət və Turizm Nazirliyinin tarix, coğrafiya, ekologiya dərslərinin təbiət qoynunda, muzey və qoruqlarda keçirilməsi təklifini çox bəyənirik. Bir var ki, kitabdan oxuyasan, bir də var ki, Qobustanda, İçərişəhərdə və digər tarixi məkanlarda olub, onları gözlə görəsən, bu daha yaddaqalandır”. APA-nın xəbərinə görə, bunu təhsil naziri Misir Mərdanov deyib. Nazirin sözlərinə görə, bu dərslərin təkcə Bakıda deyil, ölkənin digər yerlərindəki tarixi məkanlarda da tədrisinə üstünlük veriləcək: “Bununla bağlı məkanlar dəqiqləşdiriləcək, Mədəniyyət və Turizm Nazirliyi ilə birgə müvafiq tədbirlər planı hazırlanıb, təsdiq ediləcək. Növbə ilə həmin tarixi yerlərdə dərslər keçiriləcək”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR