Azərbaycanda “quş qripi”nə görə növbəti monitorinqlər payızda keçiriləcək

Azərbaycanda “quş qripi”nə görə növbəti monitorinqlər payızda keçiriləcək
# 26 iyun 2012 09:53 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı-APA. “Quş qripi” xəstəliyinə görə Azərbaycanda növbəti monitorinqlərin payızda keçirilməsi nəzərdə tutulur. Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətindən (DBX) APA-ya verilən məlumata görə, bu il “quş qripi” xəstəliyinin profilaktikası məqsədilə ölkə ərazisində 2 dəfə monitorinq həyata keçirilib. Hər iki nəzarət tədbirində xəstəlik daşıyıcısı aşkarlanmayıb. Monitorinqlər Dövlət Baytarlıq Xidmətinin, Səhiyyə, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin, eləcə də Ovçular və balıqçılar cəmiyyətlərinin mütəxəssis və əməkdaşlarının iştirakı ilə aparılıb.

DBX Azərbaycanın “quş qripi” xəstəliyinə görə epizootik vəziyyətin sabit olmasını, cari ildə aparılan monitorinqlərin nəticələrini, köçəri, sinantrop və ev quşları arasında “quş qripi” xəstəliyinin hər hansı tipinə təsadüf olunmamasını və quşların miqrasiyasını əsas götürərək növbəti monitorinqin payız fəslində aparılmasını nəzərdə tutur. Məlumatda bildirilir ki, hazırda “quş qripi” xəstəliyinə və digər iti yoluxucu xəstəliklərə görə respublikada epizootik vəziyyət sabitdir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR