Azərbaycan və Yunanıstan arasında diplomatik münasibətlərin qurulmasının 20 illiyinə həsr olunmuş konfrans keçirilir

Azərbaycan və Yunanıstan arasında diplomatik münasibətlərin qurulmasının 20 illiyinə həsr olunmuş konfrans keçirilir
# 27 mart 2012 07:49 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva – APA. Bakıda Azərbaycan və Yunanıstan arasında diplomatik münasibətlərin qurulmasının 20 illiyinə həsr olunmuş konfrans keçirilir. APA-nın xəbərinə görə, konfransı Yunanıstanın Azərbaycandakı səfiri İoannis Metaksas açıb. O bildirib ki, son 20 ildə Azərbaycanla Yunanıstan arasındakı ikitərəfli münasibətlərin inkişafında önəmli tərəqqiyə nail olunub. Səfir ötən illər ərzində iki ölkə arasında 17 hökumətlərarası saziş və memorandumun imzalandığını və hazırda 10 saziş layihəsinin müzakirə mərhələsində olduğunu söyləyib.

İ. Metaksas Yunanıstanda davam edən iqtisadi böhranın ikitərəfli münasibətlərə təsir göstərmədiyini deyib. Diplomat iqtisadi-ticarət əlaqələrinin inkişafı üçün böyük potensialın mövcud olduğunu vurğulayıb: “Səfirliyə iş adamları tərəfindən xeyli sorğu daxil olur. Bu, iş adamlarının əməkdaşlıqda maraqlı olduqlarını göstərir”.

Humanitar əlaqələrə toxunan səfir Afina Milli Universiteti ilə Azərbaycan Dillər Universiteti arasında əməkdaşlığın başladığını və bu çərçivədə Bakıda antik yunan tarixi, sivilizasiyası və dilinin yeni tədris kursunun başlayacağını açıqlayıb.

Azərbaycan Milli Məclisinin sədr müavini Valeh Ələsgərov da çıxışında 20 il ərzində iki ölkə münasibətlərinin intensiv inkişaf etdiyinə diqqət çəkərək bu tendensiyanın davam edəcəyini bildirib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR