Qadın voleybolçular arasında Azərbaycan Super Liqasının “pley-off” mərhələsinə yüksələn komandalar dəqiqləşib

Qadın voleybolçular arasında Azərbaycan Super Liqasının “pley-off” mərhələsinə yüksələn komandalar dəqiqləşib
# 24 mart 2012 10:34 (UTC +04:00)
Bakı-APA. Qadın voleybolçular arasında Azərbaycan Super Liqasında “pley-off” mərhələsinə yüksələn komandaların adları məlum olub. Apasport.az saytının məlumatına görə, 12 turun yekununa əsasən “Rabitə”, “Azərreyl”, “Bakı”, “Lokomotiv” və “İqtisadçı” medallar uğrunda mübarizəni davam etdirəcəklər.

Komandanlar “pley-off” mərhələsinə xalsız başlayacaq. İki turdan ibarət olacaq yarışda ən çox xal toplayacaq komanda Azərbaycan çempionu adını qazanacaq. Növbəti mərhələnin aprelin 1-ci həftəsində start götürəcəyi gözlənilir.

Təsnifat mərhələsindən sonra debütantlar – “Azəryolservis” və “Lokomotiv Biləcəri” isə yarışı vaxtından əvvəl dayandırmalı olub.

Qeyd edək ki, “pley-off” mərhələsinə yüksələ bilməyən bu 2 komanda ilk “5-lik”də yer alan klubların heç birinə qalib gələ bilməyib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR