Bakıda mənzildə qadın meyiti aşkarlanıb

Bakıda mənzildə qadın meyiti aşkarlanıb
# 19 avqust 2012 07:08 (UTC +04:00)
APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən verdiyi xəbərə görə, nazirliyin “112” qaynar telefon xəttinə daxil olmuş məlumatda, paytaxtın Yasamal rayonunda mənzildə bağlı qapı arxasında yaşlı qadının köməksiz vəziyyətdə qalması barədə xəbər daxil olub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir.

Xilasedicilər mənzilə daxil olaraq, 1937-ci il təvəllüdlü Txostova Tamilla Aslanovnanın döşəmədə hərəkətsiz vəziyyətdə aşkarlayıblar.

Hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimləri onu müayinə edərkən, vəfat etdiyini müəyyənləşdiriblər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR