Londonda Paralimpiya oyunlarının açılış mərasimi keçirilib

Londonda Paralimpiya oyunlarının açılış mərasimi keçirilib
# 30 avqust 2012 00:55 (UTC +04:00)
Bakı-APA. Londonun Olimpiya stadionunda XIV Paralimpiya oyunlarının açılış mərasimi keçirilib.

Təşkilatçıların “Maarif” adı verdikləri şouda 3000-dən çox könüllü və 100-dək peşəkar aktyor iştirak edib.

Mərasimi əlil arabasında olan professor Stiven Hokinq açıb. O Kainatın yaranmasını başa düşmək cəhdlərinə aid qısa çıxış edib. XXX Olimpiya oyunlarında olduğu kimi Paralimpiadanın açılışına da Böyük Britaniya kraliçası II Yelizaveta qatılıb. Ondan əlavə mərasimdə şahzadə Uilyam və xanımı Keyt Middlton, Britaniyanın baş naziri Devid Kemeron Londonun meri Boris Conson iştirak ediblər.

Paralimpiada sentyabrın 9-dək davam edəcək. Yarışlarda 165 ölkədən 4,2 min atlet iştirak edəcək. Onlar 20 idman növündə 503 medal dəsti uğrunda yarışacaqlar. İlk dəfə olaraq yarışda Şimali Koreya idmançıları çıxış edəcəklər. Yarışları 4 milyard insanın izləməsi gözlənilir.

Azərbaycan yığması Londonda 6 idman növündə 22 paralimpiyaçı ilə iştirak edəcək.

İlk Paralimpiya oyunları 1960-cı ildə Romada keçirilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR