«Azərikimya» dəmiryolçuları attestasiyadan keçirilib
08 iyun 2012 15:58 (UTC +04:00)
Bakı - APA-Economics. «Azərikimya» İstehsalat Birliyi Nəqliyyat və xüsusi texnika İdarəsinin dəmiryol sahələrində fəhlə və mühəndis-texnik işçilərin peşə səriştəliliyi və əməyin təhlükəsizliyi ilə bağlı mərhələlər üzrə bir aya qədər davam etmiş texniki attestasiyası uğurla başa çatıb.
«Azərikimya»dan «APA-Economics»ə verilən məlumata görə, birliyin müəssisələrində istehsal olunan müxtəlif kimyəvi məhsulların, həmçinin son iki ildə istehsalatlarda geniş miqyasda aparılan rekonstruksiya və modernləşmə üçün lazım olan qurğu və avadanlıqların, maşın və mexanizmlərin daşınması əməliyyatlarının əsas hissəsini məhz dəmiryolçular yerinə yetirirlər.
Kimya istehsalatı sahələrinin ahəngdar işləməsinin təmin olunması və spesifik sahə olan dəmiryolunda bütün işlər yüksək məsuliyyət, həmçinin texniki təhlükəsizlik qaydalarına ciddi əməl olunmasını tələb etdiyindən burada bütün işçilərin texniki hazırlığı və vaxtaşırı attestasiyadan keçməsi xüsusilə zəruridir. Bu səbəbdən dəmiryolçular çətin və mürəkkəb neft-kimya istehsalatının xüsusi tələbləri nəzərə alınmaqla yeni proqram və yeni sistem üzrə başlanılmış texniki attestasiyaya hazırlıq ərəfəsində həm kollektiv və həm də fərdi şəkildə müvafiq peşə və təhlükəsizlik təlimatları keçiblər. Bunun nəticəsidir ki, 140 nəfərə yaxın personalı olan dəmiryolunda fəhlə və ustalardan tutmuş mühəndislərədək hamı attestasiya sınağından uğurla keçib. Xüsusilə diqqətəlayiqdir ki, attestasiya zamanı yaxşı hazırlıq və nəzəri bilik nümayiş etdirən müxtəlif mütəxəssislərin peşə dərəcələrinin artırılması, bəzi qatar tərtibçiləri və maşinist köməkçilərinin isə maşinist vəzifəsinə keçirilməsi tövsiyə olunub.

Sənaye və energetika
Aleksandr Novak: Neftin qiyməti bazardakı vəziyyəti adekvat şəkildə əks etdirir
16:18
7 may 2024
"Dərinsulu Günəşli" platforması üzrə profilaktik işlər başa çatıb
14:12
7 may 2024
Zakir İbrahimov 3-cü “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüşüb
10:57
7 may 2024
ARDNF bu il "Şahdəniz"dən əldə etdiyi gəlirlərin həcmini açıqlayıb
10:36
7 may 2024