İranın Ərdəbil vilayətində baş verən sel nəticəsində 2 nəfər həlak olub

İranın Ərdəbil vilayətində baş verən sel nəticəsində 2 nəfər həlak olub
# 10 sentyabr 2012 22:51 (UTC +04:00)
Bakı. Könül Cəfərli - APA. İranda Ərdəbil vilayətinin Meşkinşəhr şəhərinə yağan leysan yağışlar nəticəsində sel suları yaşayış evlərini və şəxsi təsərrüfatları basıb. APA-nın “Fars” xəbər agentliyinə istinadən məlumatına görə, bu barədə şəhərin icra nümayəndəsi Fəzail Əzizi açıqlama verib. O bildirib ki, sentyabrın 10-da axşam saatlarında 1 saat davam edən güclü yağışlar nəticəsində xeyli evə və ictimai binaya zərər dəyib: “Meşkinşəhrin Həsənəli və Qara Dərviş məhəllələrindəki evlərə su dolub. Allı məhəlləsində isə sel nəticəsində 2 nəfər həlak olub”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR