Azərbaycanda bank kreditləşməsi 19% artıb

Azərbaycanda bank kreditləşməsi 19% artıb
# 07 noyabr 2012 09:51 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən kommersiya bankları tərəfindən kredit qoyuluşlarının ümumi həcmi 2012-ci il oktyabrın 1-nə 11 480,8 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1 813,1 mln. manat və ya 18,5% çoxdur.

Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, eyni zamanda bu ilin əvvəlindən kredit portfelinin həcmi 1 530,5 mln. manat və ya 15,4% artıb. Sentyabr ayında isə kreditlər üzrə artım 323,0 mln. manat və ya 2,9% olub.

Oktyabrın 1-nə vaxtı keçmiş kreditlərin həcmi 757,9 mln. manat təşkil edib ki, bu da ümumi portfelin 6,6%-nə bərabərdir. Vaxtı keçmiş kreditlərinin xüsusi çəkisi isə son bir ildə 0,2 faiz bəndi artıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR