İstanbulda 31 mart azərbaycanlıların soyqırımına həsr olunmuş anım mərasimi keçirilib-FOTO

İstanbulda 31 mart azərbaycanlıların soyqırımına həsr olunmuş anım mərasimi keçirilib-<font color=red>FOTO</font>
# 01 aprel 2012 10:24 (UTC +04:00)
APA-nın məlumatına görə, mərasim Türkiyə və Azərbaycanın istiqlalı uğrunda həyatını itirmiş şəhidlərin xatirəsini 1 dəqiqəlik sükutla yad etmək, hər iki ölkənin dövlət himnlərinin oxunulması ilə başlanılıb.
İstanbul Türkiyə-Azərbaycan Dərnəyinin sədri Səfər Qaraqoyunlu ermənilərin türklərə qarşı törətdiyi soyqırım və qətliamların dünya ictimaiyyətinə çatdırılması, bu faciələrə hüquqi qiymət verilməsi üçün sistemli iş aparılmasının vacibliyini qeyd edib.

Mərasimdə çıxış edən Azərbaycanın İstanbuldakı baş konsulluğunun konsulu Ceyhun Məmmədov Azərbaycanın ümummilli lideri Heydər Əliyevin 26 mart 1998-ci ildə imzaladığı fərmanın 31 mart 1918-ci ildə ermənilərin Bakıda həyata keçirdiyi soyqırıma siyasi və hüquqi qiymət verilməsi yolunda atılan önəmli addım olduğuna xatırladıb: “ Ölkəmizin Şərqdə ilk müstəqil cümhuriyyət olması yolunda şəhid olanların ruhu biz Dağlıq Qarabağın üzərində Azərbaycan və Türkiyə bayraqların müştərək dalğalandıranda şad olacaq”.

Mərasimin sonunda Qubada ermənilərin törətdikləri soyqırım qurbanlarının toplu məzarlığından çəkilmiş video-görüntülər nümayiş etdirilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR