BMT-nin baş katibi Ümumdünya Turizm Günü münasibətilə dünya ictimaiyyətinə müraciət edib

BMT-nin baş katibi Ümumdünya Turizm Günü münasibətilə dünya ictimaiyyətinə müraciət edib
# 25 sentyabr 2012 13:06 (UTC +04:00)
Bakı. Anaxanım Hidayətova - APA. BMT-nin baş katibi Pan Gi Mun 27 Sentyabr - Ümumdünya Turizm Günü münasibətilə dünya ictimaiyyətinə müraciət edib.

BMT-nin Bakı ofisindən APA-ya verilən məlumata görə, müraciətdə bildirilib ki, 2012-ci il “Hər Kəs Üçün Davamlı Enerji Beynəlxalq İli”nin hədəflərinə nail olmaq məqsədilə seçilmiş “Turizm və Davamlı Enerji: Davamlı İnkişafı Gücləndirərək” builki Ümumdünya Turizm Gününün mövzusudur.

Baş katib BMT-nin Davamlı İnkişaf üzrə Rio+20 Konfransı yaxşı tərtib və idarə olunan turizmin davamlı inkişafın iqtisadi, sosial və ətraf mühit amillərinə mühüm töhfə verə biləcəyini vurğulayıb: “Dünyanın ən geniş iqtisadi sektorlarından biri olan turizm, ətraf mühitin davamlılığı, təbii inkişaf və enerji ilə əlaqədə iqlim dəyişikliyinə qarşı mübarizəmizi təbliğ etmək üçün xüsusilə önəm daşıyır. Yer üzərində yüzlərlə, milyonlarla insan geniş enerji istifadəsi tələb edən bu sektordakı gəlirdən asılı vəziyyətdədir. Hər kəsin davamlı turizmdə bir öhdəliyi var. Mən turizm icmasını davamlı enerji naminə gördükləri işlərə görə alqışlayıram. Həmçinin turistlərə öz karbon izlərini azaltdıqları, ekoloji cəhətdən təmiz yerlər və təchizatçılar seçdikləri və ya sadəcə, öz dəsmallarının yuyulmasını təxirə saldıqları üçün təşəkkür edirəm. Hər bir hərəkət məna kəsb edir. Bugünkü Ümumdünya Turizm Günündə mən bu qlobal sektorda işləyən və bu sektordan faydalanan hər kəsə müraciət edərək, hamı üçün davamlı gələcək qurulmasına qoşulmağa çağırıram”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR