Azərbaycanda növbəti buraxılış imtahanları keçirilir

Azərbaycanda növbəti buraxılış imtahanları keçirilir
# 13 iyun 2012 05:03 (UTC +04:00)
TQDK-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, hər bir rayon üzrə saat 10.00-da XI, saat 15:00-da isə IX siniflər öz biliyini nümayiş etdirəcək.

Orta ümumtəhsil müəssisələrinin XI siniflərində təhsil alan şagirdlərin buraxılış imtahanlarının keçirilməsi üçün həmin rayonlarda ümumilikdə 35 imtahan mərkəzi ayrılıb. Adı çəkilən rayonlar üzrə 11382 nəfər XI sinif şagirdinin buraxılış imtahanında iştirakı nəzərdə tutulur.

Orta ümumtəhsil müəssisələrinin IX siniflərində təhsil alan şagirdlərin buraxılış imtahanlarının keçirilməsi üçün həmin rayonlarda ümumilikdə 35 imtahan mərkəzi ayrılıb. İmtahan keçiriləcək rayonlar üzrə 16681 nəfər IX sinif şagirdinin buraxılış imtahanında iştirakı nəzərdə tutulur.

Buraxılış imtahanı ana dili (Azərbaycan bölməsinin şagirdləri üçün - Azərbaycan dili, rus bölməsinin şagirdləri üçün - rus dili fənni) və riyaziyyat fənləri üzrə keçirilir. Şagirdlərə hər bir fənn üzrə 30, ümumilikdə 60 test tapşırığı təqdim edilir. Bundan əlavə, şagirdlər təqdim edilmiş mövzu üzrə yazı işi yerinə yetirirlər. İmtahanın müddəti 2 saatdır. Test tapşırıqlarının yerinə yetirilməsinə 1 saat 30 dəqiqə, yazı işinin yerinə yetirilməsinə 30 dəqiqə vaxt ayrılır. Yazı işi balla qiymətləndirilmir, yalnız xüsusi hallarda əlavə meyar kimi istifadə edilir. Şagirdin test tapşırıqlarına verdiyi düzgün və səhv cavablar haqqında məlumat onun imtahan verdiyi gündən etibarən 5 günədək müddətdə elan edilir. Səhhəti, ailə vəziyyəti ilə bağlı buraxılış imtahanında üzrlü səbəbdən iştirak etməyən şagirdlər iyulun 4-də buraxılış imtahanı verəcəklər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR