Üç mindən artıq şagird buraxılış imtahanlarında iştirak etmək üçün “İmtahana buraxılış vərəqləri”ni alıb

Üç mindən artıq şagird buraxılış imtahanlarında iştirak etmək üçün “İmtahana buraxılış vərəqləri”ni alıb
# 22 may 2012 09:41 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. İyunun 2-3-də keçiriləcək mərkəzləşmiş buraxılış imtahanlarında 50 mindən çox şagirdin iştirakı nəzərdə tutulur. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat katibi Elnur Nağızadənin APA-ya verdiyi məlumata görə, artıq imtahanlarda iştirak edəcək 3 mindən çox şagird “İmtahana buraxılış vərəqələri”ni təhsil aldıqları orta məktəblərdən alıb. Buraxılış vərərəqlərinin verilməsi imtahan gününə qədər davam edəcək.

İyunun 2-də Bakı şəhərinin orta ümumtəhsil müəssisələrinin XI siniflərində , iyunun 3-də isə IX siniflərində təhsil alan şagirdlər üçün mərkəzləşdirilmiş qaydada buraxılış imtahanları keçiriləcək. Eyni vaxtda Gəncə, Sumqayıt, Abşeron, Mingəçevir, Yevlax, Lənkəran, Quba, Qusar və Xaçmaz rayonlarında orta ümumtəhsil müəssisələrinin XI və IX siniflərinin rus bölməsi şagirdləri də buraxılış imtahanı verəcəklər. İşğal olunmuş rayonların Bakı şəhərində yerləşən orta məktəblərinin şagirdləri üçün buraxılış imtahanları da həmin günlərdə keçiriləcək. Adına “İmtahana buraxılış vərəqəsi” olmayan şagirdlər təhsil aldıqları orta ümumtəhsil müəssisəsinin rəhbərliyinə müraciət etməlidirlər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR