Azərbaycanın dövlət büdcəsinin gəlirləri 39% artıb

Azərbaycanın dövlət büdcəsinin gəlirləri 39% artıb
# 19 iyul 2012 08:57 (UTC +04:00)
Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, büdcənin profisiti 1 066,8 mln. manat və ya ümumi daxili məhsulun 5,1%-i səviyyəsində olub.

Büdcə gəlirlərinin 15,8%-i hüquqi şəxslərin mənfəət (gəlir) vergisindən, 13%-i əlavə dəyər vergisindən, 4,6%-i fiziki şəxslərin gəlir vergisindən, 3%-i aksiz vergisindən, 4,1%-i xarici iqtisadi fəaliyyətlə bağlı vergilərdən, 2,8%-i digər vergilərdən daxil olub, 56,7%-i isə vergi olmayan gəlirlər hesabına təmin edilib.

Büdcə vəsaitlərinin 2 222,2 mln. manatı (39,3%) iqtisadiyyatın inkişaf etdirilməsinə, 838,4 mln. manatı (14,8%-i) əhalinin sosial müdafiəsi və sosial təminatına, 634,9 mln. manatı (11,2%) isə təhsil və səhiyyənin maliyyələşdirilməsinə xərclənib.

Xərclərin 25,3%-ni (1 431,6 mln. manatını) əhaliyə əmək haqqı, pensiya və müavinət ödəmələri təşkil edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR