Neft-Qaz Emalı və Neft-Kimya Kompleksi layihəsi çərçivəsində lisenziar şirkətlərin seçiminə başlanılıb

Neft-Qaz Emalı və Neft-Kimya Kompleksi layihəsi çərçivəsində lisenziar şirkətlərin seçiminə başlanılıb
# 10 iyul 2012 14:39 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) yeni Neft-Qaz Emalı və Neft-Kimya Kompleksi layihəsi çərçivəsində lisenziar şirkətlərin seçiminə başlayıb.

ARDNŞ-dan «APA-Economics»ə verilən məlumata görə, kompleksin texnoloji sxeminə daxil olan qurğular üzrə lisenziyaların seçilməsinə başlanıb. Bu məqsədlə ARDNŞ-ın strateji inkişaf üzrə vitse-prezidenti Tofiq Qəhrəmanovun rəhbərliyi ilə lisenziar şirkətlərin seçimini həyata keçirəcək tanınmış «Fluor» şirkəti ilə ilkin əlaqələndirmə iclası keçirilib. Görüşdə Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin, Dövlət Neft Fondunun, AMEA-nın Neft Kimya Prosesləri İnstitutunun, ARDNŞ-ın Neft-Qaz Emalı və Neft-Kimya Kompleksi Layihəsi məsələləri Departamentinin, idarə və müəssisələrinin, «SOCAR-Foster Wheeler Mühəndis Xidmətləri» birgə müəssisəsinin nümayəndələri, habelə layihə üzrə müstəqil məsləhətçilər iştirak ediblər.

İclasda «Fluor» şirkətinin nümayəndələri tərəfindən lisenziar şirkətlərin seçimi istiqamətində görüləcək işlər, bu zaman istifadə olunacaq prosedur, metodologiyalar haqqında məlumat verilib, şirkətin mütəxəssisləri ilə fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, Neft-Qaz Emalı və Neft-Kimya Kompleksi Layihəsinin texnoloji sxeminə uyğun olaraq kompleksin tərkibində 40-dan artıq texnoloji qurğunun quraşdırılması planlaşdırılır ki, bu qurğuların da 25-dən çoxu lisenziya tələb edən qurğulardır. Layihə üçün potensial lisenziar şirkətlər qismində «Axens», «CB&I», «Chevron», «Dow», «DuPont», «İneos», «KBR», «Linde», «LyondellBasell», «Shell», «Technip», «UOP» və dünyanın bir sıra tanınmış şirkətləri nəzərdən keçiriləcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR