“Azərbaycan musiqi tarixi” çoxcildliyinin birinci cildi işıq üzü görüb

“Azərbaycan musiqi tarixi” çoxcildliyinin birinci cildi işıq üzü görüb
# 30 avqust 2012 14:25 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Memarlıq və İncəsənət İnstitutu tərəfindən “Azərbaycan musiqi tarixi” çoxcildliyinin birinci cildi nəşr olunub. AMEA-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, musiqi tarixi və nəzəriyyəsi şöbəsi tərəfindən hazırlanmış nəşr Azərbaycan musiqi tarixinin ən qədim zamanlardan XX əsrə qədərki dövrünü əhatə edir.

Nəşrdə ilk dəfə qədim dövrlərdə Azərbaycan musiqisinin icmalı, ənənəvi şifahi peşəkar xalq musiqisi - aşıq sənəti, muğamlar, musiqi folkloru, mahnılar, rəqslər, qədim musiqi alətləri, Nizami dövründə musiqi (XII əsr), XIII-XV əsrlərdə musiqi elminin korifeylərinin yaradıcılığı təhlil edilir.
Nəşrdə, eyni zamanda, Azərbaycan musiqisinin inkişafında Şuşa, Şamaxı, Bakı muğam məclislərinin böyük rolu göstərilir. Böyük ensiklopediyaçı alim Mir Möhsün Nəvvabın və ustad xanəndə Cabbar Qaryağdıoğlunun həyatı və yaradıcılığı təhlil edilir. Cilddə rəngli şəkillər, not nümunələri, rus və ingilis dillərində geniş xülasə verilib.

Coxcildliyin akademik nəşri layihəsinin rəhbəri və elmi redaktoru AMEA-nın müxbir üzvü Zemfira Səfərovadır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR