Yaponiya mübahisəli Senkaku adalarının məsələsində kompromisə getməyəcək

Yaponiya mübahisəli Senkaku adalarının məsələsində kompromisə getməyəcək
# 26 sentyabr 2012 23:50 (UTC +04:00)
Bakı-APA. Yaponiya mübahisəli Senkaku adalarını özünün suveren ərazisi sayır və məxsus olması məsələsində Çinlə kompromisə getməyəcək.
APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Yaponiyanın Baş naziri Yösixito Nabe jurnalistlərə deyib. O Bildirib ki, adalar tarixi və beynəlxalq hüquqi baxımından Yaponiyaya məxsus ərazidir.
Xatırladaq ki, Çinin etirazlarına baxmayaraq Yaponiya hökuməti Senkaku adalarını (Çin bu adaları Dyaoyuydao adlandırır) yapon vətəndaşlarının şəxsi mülkiyyətindən satın alaraq milliləşdirib. Çin Senkaku adalarını tarixi Çin əraziləri sayır və Yaponiyanın addımını qəti şəkildə pisləyib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR