Azərbaycan polisi Ramazan bayramı günlərində gücləndirilmiş iş rejimində çalışacaq
18 avqust 2012 12:19 (UTC +04:00)
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov APA-ya açıqlamasında bildirib ki, daxili işlər naziri, general-polkovnik Ramil Usubov bayram günlərində əhalinin kütləvi istirahət və yaşayış yerlərində təhlükəsizlik tədbirlərinin daha da gücləndirilməsi məqsədilə əmr imzalayıb.
Əmrə əsasən, DİN-in bütün orqan və hissələrinin şəxsi heyəti avqustun 19-dan 22-dək gücləndirilmiş iş rejimində çalışacaq. Əmrdə həmçinin ictimai yerlərdə və insanların kütləvi istirahət etdikləri ərazilərdə, xüsusən bayram tədbirləri keçiriləcək ərazilərdə baş verə biləcək hər hansı xoşagəlməz hadisənin qarşısının dərhal alınması məqsədilə zəruri və təxirəsalınmaz tədbirlərin görülməsi təmin edilməsi tələb olunur. Bayram günləri respublika ərazisindəki strateji ərazilərdə, sərnişin daşıyan nəqliyyat vasitələrində, böyük su tutarlarında, habelə digər mühüm əhəmiyyətli obyektlərdə mühafizə tədbirlərinin daha da gücləndirilməsi nəzərdə tutulub.
E. Zahidov qeyd edib ki, DİN-in şəxsi heyəti bayram günlərində vətəndaşların təhlükəsizliyinin təmin olunması, rahat və firavan istirahət etmələri üçün əlindən gələni əsirgəməyəcək.

Hadisə
Yağıntılı hava ilə əlaqədar Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib
23:10
3 may 2024
MN-dəki 143 milyonluq cinayət işi ilə bağlı şahidlər barəsində məcburi gətirilmə qərarı çıxarılıb
19:23
3 may 2024
Həbsdə olan MTN generalının müraciəti geri qaytarılıb
18:04
3 may 2024
Kəlbəcərdə yol qəzasında bir hərbçi həlak olub, bir neçəsi xəsarət alıb - YENİLƏNİB-1
18:02
3 may 2024