«Fitch Ratings» Azərbaycanın reytinqi üzrə proqnozu azaldıb - YENİLƏNİB

«Fitch Ratings» Azərbaycanın reytinqi üzrə proqnozu azaldıb - <font color=red>YENİLƏNİB</font>
# 11 may 2012 07:27 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, Agentliyin rəsmi xəbərində həmçinin deyilir ki, reytinq üzrə proqnoz «Pozitiv»dən «Sabit»ə endirilib.
Agentliyin məlumatına əsasən, ötən il dövlət büdcəsinin artırılması əsasən Dövlət Neft Fondunun transfertləri hesabına həyata keçirilib ki, bunun nəticəsində transfertlərin həcmi 50% artırılıb, büdcənin yarısı isə investisiya xərclərinə yönəldilib. Agentlik gözləyir ki, bu il ərzində dövlət büdcəsinin artırılması baş verməyəcək, halbuki siyasi vəziyyət, xüsusən də 2013-cü ildə keçiriləcək prezident seçkiləri ilə əlaqədar büdcə xərclərinin artımı prioritet ola bilər.
«Fitch»in gözləntilərinə görə, 2012-2013-cü illərdə Azərbaycanın xarici aktivləri 18 mlrd. artaraq 58 mlrd. dollara çatacaq ki, bu isə ÜDM-ə nisbətən 82%-ə bərabərdir. Həmin göstərici əsasında Agentlik Azərbaycanı qiymətləndirilən xalis kreditor-ölkələrin ilk onluğuna daxil edəcək.
Bundan başqa «Fitch Ratings» ölkədə neft hasilatının azaldığını qeyd edir (2011-ci ildə azalma 10,6% olub) və bildirir ki, 2014-cü ilə qədər gündəlik hasilat 1 mln. bareldən (2010-cu ildəki maksimal hədd) az səviyyədə qalacaq. Agentliyin ekspertləri hesab edirlər ki, 2012-2013-cü illərdə ÜDM-in artımı 3%-ə bərabər olacaq və bu, əvvəlki illərlə müqayisədə daha aşağı artım tempidir.
Eyni zamanda Agentlik bildirir ki, neftin qiymətinin yalnız 80 dollar/barel səviyyəsindən aşağı düşməsi Azərbaycanın dövlət büdcəsinə mənfi təsir göstərə bilər. Xatırladaq ki, dövlət büdcəsində neftin baza qiyməti məhz bu həddə nəzərdə tutulub. Hazırda isə «Azeri Light» markalı neftin qiyməti təxminən 115 dollar təşkil edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR