Sergey Lavrov: “Qərb bizi şantaj edir”

Sergey Lavrov: “Qərb bizi şantaj edir”
# 16 iyul 2012 10:59 (UTC +04:00)
Moskva. Fərid Əkbərov – APA. “Qərb bizi BMT Təhlükəsizlik Şurasının Suriyadakı beynəlxalq müşahidəçilər missiyasının mandatının vaxtını uzatmamaqla təhdid edir”. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov bu gün keçirdiyi brifinqdə deyib. O bildirib ki, Qərb Rusiyanın BMT TŞ-nın 7 saylı qətnaməsinin qəbuluna razılıq verməsini istəyir: “Bizi şantaj edirlər ki, əgər qətnamənin qəbuluna razılıq verməsək, onda BMT TŞ-nin beynəlxalq müşahidəçi missiyasının mandatının uzadılmasından imtina edəcəklər”.

S. Lavrov konfliktin həllinə bu cür yanaşmanın təhlükəli olduğunu söyləyib: “Müşahidəçilərdən bu cür istifadə yolverilməzdir. Beynəlxalq müşahidəçilərin əsas vəzifəsi Suriyada baş verənləri obyektiv qiymətləndirmək və baş verən insidentləri araşdırmaqdan ibarətdir. Biz beynəlxalq müşahidəçilər missiyasının mandatının uzadılmasına çalışacağıq”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR