Azərbaycan meteoroloqları meteohəssas insanları ehtiyatlı olmağa çağırır

Azərbaycan meteoroloqları meteohəssas insanları ehtiyatlı olmağa çağırır
# 08 oktyabr 2012 10:18 (UTC +04:00)
Arabir güclənən cənub-qərb küləyi günün ikinci yarısında şimal-qərb küləyi ilə əvəz olunacaq, gecəyə doğru güclənəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, havanın temperaturu gecə 19-22, gündüz 27-32, axşama doğru 24-26 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında oktyabrın 9-da hava şəraitinin gündüz əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi dağlıq rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 17-22, gündüz 27-32, dağlarda gecə 8-13, gündüz 20-25 dərəcə isti təşkil edəcək.

Tibbi-meteoroloji proqnoza əsasən, oktyabrın 9-10-da Bakı və Abşeron yarımadasında atmosfer təzyiqinin təzadlı dəyişməsi, eyni zamanda hava şəraitinin küləkli keçməsi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər. Oktyabrın 11-12-də oksigenlə zəngin hava şəraiti əksər meteohəssas insanlar üçün əlverişlidir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR