Balakəndə “KamAZ” qadının üstündən keçib, daha iki nəfəri isə ağır yaralayıb

Balakəndə “KamAZ” qadının üstündən keçib, daha iki nəfəri isə ağır yaralayıb
# 07 noyabr 2012 16:26 (UTC +04:00)
Daxili İşlər Nazirliyi (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat bölməsindən APA-ya verilən məlumata görə, qəza Yevlax-Zaqatala-Gürcüstan magistral yolunun 149-cu km-də - Balakən şəhəri ərazisində qeydə alınıb. Dayanacaqda mikroavtobusdan düşüb yolu keçmək istəyən Balakən rayon Qazbinə kənd sakini, 43 yaşlı Mirvari Ağayevanı “KamAZ” markalı, 08 BD 618 dövlət nömrə nişanlı yük avtomobili vuraraq üzərindən keçib. Piyada hadisə yerindəcə keçinib.

“KamAZ” 32 yaşlı Mətanət Həmçiyeva və 14 yaşlı Maidə Hətəmovaya da müxtəlif bədən xəsarətləri yetirib. Onlar Balakən Mərkəzi Rayon Xəstəxanasına (MRX) yerləşdiriliblər, vəziyyətlərinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat bölməsində araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR