Obama Ərdoğandan ABŞ səfirliklərinə hücumları pisləməyi xahiş edib

Obama Ərdoğandan ABŞ səfirliklərinə hücumları pisləməyi xahiş edib
# 15 sentyabr 2012 07:07 (UTC +04:00)
Bakı – APA. ABŞ prezidenti Barak Obama ölkəsinin xaricdəki diplomatik nümayəndəliklərinə edilən hücumlarla bağlı Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğandan yardım istəyib.

APA-nın Türkiyə mətbuatına istinadən xəbərinə görə, Obama Ərdoğandan zorakılıq hallarına qarşı etirazını ortaya qoymağı xahiş edib.

Ağ Evin sözçüsü Cey Karney keçirdiyi mətbuat konfransında bildirib ki, son olaylarla bağlı ABŞ prezidentinin bölgədəki bir çox ölkələrin liderləri ilə çoxsaylı telefon danışıqları olub: “Obama Ərdoğandan şəxsən zorakılıq hallarına qarşı etirazını ortaya qoymağı xahiş etdi. Ərdoğan da bu xahişi yerinə yetirdi. ABŞ prezidenti Türkiyə baş nazirinin və digər bölgə ölkələri liderlərinin bu addımını təqdir edir”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR