Bolqarıstan avrozoyana daxil olmaq planını təxirə salıb

Bolqarıstan avrozoyana daxil olmaq planını təxirə salıb
# 04 sentyabr 2012 00:09 (UTC +04:00)
Bakı-APA. Bolqarıstan hökuməti avrozoyana daxil olmaq planını təxirə salıb.
APA-nın verdiyi xəbərə görə, Bolqarıstanın maliyyə naziri Simeon Dyankov bildirib ki, bu qərar Avropa İttifaqında iqtisadi vəziyyətin ağırlaşması və birliyin gələcəyinə olan inamın olmaması ilə bağlıdır.
O deyib: “Hal-hazırda avrozonaya daxil olmağın heç bir xeyrini görmirəm, bunun yalnız ziyanı ola bilər”.
Dyankovun sözlərinə görə, avrozonaya daxil olmaq Bolqarıstan üçün riskli addım olardı. Bundan başqa, avrozoyana daxil olmağın şərtləri aydın deyil və bu şərtlərin iki ildən sonra nə dərəcədə dəyişəcəyi məlum deyil.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR