Milli Məclis Ombudsmanın hesabatını qəbul edib – YENİLƏNİB

Milli Məclis Ombudsmanın hesabatını qəbul edib – <font color=red>YENİLƏNİB</font>
# 07 mart 2012 11:21 (UTC +04:00)
Bakı. Pərvin Abbasov - APA. Milli Məclisin (MM) bu gün keçirilən iclasında Azərbaycanın İnsan hüquqları üzrə Müvəkkilinin (Ombudsman) 2011-ci il üçün illik məruzəsi dinlənildikdən sonra hesabatın müzakirəsi olub. APA-nın xəbərinə görə, çıxış edən deputatların əksəriyyəti hesabatın lehinə səs verəcəyini bildirib. Millət vəkili Mübariz Qurbanlı insan hüquqlarının daim təkmilləşdirməyə ehtiyac olan sahə olduğunu deyib. O, Azərbaycan prezidenti İlham Əliyev İnsan Hüquq və Azadlıqlarının Təkmilləşdirilməsi və inkişaf etdirilməsinə dair Milli Fəaliyyət Proqramını təsdiqlədiyini xatırladıb. M. Qurbanlının sözlərinə görə, dünyada insan hüquq və azadlıqlarının ideal olduğu ölkə yoxdur. Deputat yerlərdə insanların şikayətlərinə vaxtında baxılmasında problemlərin olduğunu da qeyd edib. M. Qurbanlı ona görə də vətəndaşların Milli Məclisə, deputatlara və digər dövlət qurumlarına şikayət etmək məcburiyyətində qaldıqlarını deyib. Onun fikrincə, vətəndaşların şikayətinə baxılması, süründürməçilik hallarının olduğu təqdirdə hansı tədbirlər görülməsi haqda ayrıca qanun qəbul edilməlidir.

Deputat Siyavuş Novruzov isə hesabatı müsbət qiymətləndirərək qeyd edib ki, ötən illərə nisbətən 2011-ci ildə ölkənin hüquq sistemindən olan şikayətlərin sayı azalıb: “Bu isə görülən işlərin nəticəsidir”.

Hesabata deputatlardan Musa Qasımlı, Kamilə Əliyeva, Əli Məsimli də münasibət bildirib.

Sonra hesabat səsverməyə çıxarılıb və Milli Məclis Ombudsmanın hesabatını qəbul edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR