Bu gün Moskvada MDB ölkələrinin Xarici İşlər nazirlikləri arasında məsləhətləşmələr keçiriləcək

Bu gün Moskvada MDB ölkələrinin Xarici İşlər nazirlikləri arasında məsləhətləşmələr keçiriləcək
# 03 avqust 2012 09:00 (UTC +04:00)
APA-nın məlumatına görə, məsləhətləşmələrdə məqsəd BMT Baş Assambleyasının növbəti 67-ci sessiyasının gündəliyinə daxil edilmiş məsələlərlə əlaqədar MDB ölkələrinin qarşılıqlı fəaliyyətini təmin etməkdir.

Xatırladaq ki, BMT Baş Assambleyasının 67-ci sessiyası sentyabrın 18-də başlayır. Serbiyanın xarici işlər naziri Vuk Yeremits sessiyanın sədri seçilib, o fəaliyyəti dövründə əsas diqqəti beynəlxalq mübahisələrin sülh yolu ilə həllinə ayıracağını deyib.

Sessiyanın ilkin gündəliyinə “GUAM məkanında həlli uzadılmış münaqişələr və onların beynəlxalq sülh, təhlükəsizlik və inkişafa təsiri”, “Azərbaycanın işğal altında olan ərazilərində vəziyyət barədə” məsələləri də daxil edilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR