Azərbaycanda zəlzələləri proqnozlaşdıran 3-cü stansiya istifadə verilib

Azərbaycanda zəlzələləri proqnozlaşdıran 3-cü stansiya istifadə verilib
# 26 aprel 2012 14:41 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva - APA. Azərbaycanda zəlzələləri proqnozlaşdıran 3-cü stansiya istifadə verilib. Bu barədə APA-ya Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Kibernetika İnstitutunun direktoru Telman Əliyev bildirib. Onun sözlərinə görə, yeni stansiya Siyəzəndə yerləşir. Yaxın 10 gün ərzində isə Naftalan şəhərində zəlzələləri qabaqcadan proqnozlaşdıran 4-cü stansiya istifadəyə veriləcək: “Daha iki stansiya isə Neftçala və Naxçıvanda quraşdırılacaq. Neftçaladakı stansiyanın quraşdırılmasına gələn ay başlamaq istəyirik. Naxçıvanla bağlı isə hələlik layihə hazırlanır”.

T. Əliyev bildirib ki, 6 stansiyanın quraşdırılması ilə artıq Azərbaycan ərazisində baş verən zəlzələlərin dəqiqi vaxtını və yerini qabaqcadan xəbər vermək mümkün olacaq: “Türkmənistan və Türkiyə də Kibernetika İnstitutunun bu layihəsi ilə maraqlanır və öz ölkələrində tətbiq etmək istəyir. Bu ölkələrdə də stansiyalar quraşdırılsa, bütün regionun zəlzələlərinin koordinantlarını qabaqcadan verə bilərik”.

Qeyd edək ki, Azərbaycanda zəlzələləri qabaqcadan proqnozlaşdıran ilk stansiya 2010-cu il mayında Qum adasında quraşdırılıb. Digər stansiya isə Şirvanda yerləşir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR