Bakıda çoxmərtəbəli binada yanğın olub, sakinlər təxliyə edilib - FOTO - YENİLƏNİB

Bakıda çoxmərtəbəli binada yanğın olub, sakinlər təxliyə edilib - FOTO  - YENİLƏNİB
# 24 may 2024 08:05 (UTC +04:00)

Bakı şəhərinin Nərimanov rayonunda doqquzmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində ümumi sahəsi 55 m² olan 2 otaqlı mənzilin eyvanının yanar konstruksiyaları 4 m² sahədə, içərisində 1 ədəd kondisioner və 5-ci mərtəbəsində ümumi sahəsi 54 m² olan 2 otaqlı mənzilin eyvanının 1 ədəd plastikdən ibarət qapısı yanıb.

APA xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 10 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub. Mənzillərin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

***

Saat 01:56

Bakının Nərimanov rayonunda yanğın baş verib.

APA xəbər verir ki, hadisə Koroğlu Rəhimov küçəsi 12 ünvanında qeydı alınıb.

Belə ki, doqquzmərtəbəli binanın 4-cü mərtəbəsində yerləşən mənzilin mətbəxi və dəhlizi yanmağa başlayıb.

Alov yuxarıda yerləşən mənzilin eyvan qapısına da keçib.

Əraziyə cəlb olunan FHN-in əməkdaşları alovun qarşısını alıb. Evdə olan yanar konstruksiyalar küçəyə atılıb. Bina sakini bildirib ki, yuxarı mənzildə yaşayan şəxs siqareti eyvana atıb. Bir müddət sonra yanğın başlayıb. Yanan mənzildə yaşayan ailə kirayə yaşayırmış. Hadisə zamanı 10 nəfər təxliyə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR