Sabah Azərbaycan paytaxtında dəyişkən buludlu hava şəraiti proqnozlaşdırılır

Sabah Azərbaycan paytaxtında dəyişkən buludlu hava şəraiti proqnozlaşdırılır
# 20 iyul 2012 10:00 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı-APA. Bakıda və Abşeron yarımadasında iyulun 21-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi, lakin səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 20-25, gündüz 31-36 dərəcə isti olacaq.

Abşeronun çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 24-25, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda 25-26, Türkan, Hövsan, Şıx, Sahildə 26-27 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında sabah əsasən gecə və axşam saatlarında bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 20-25, gündüz 32-37, dağlarda gecə 9-14, gündüz 20-25 dərəcə isti olacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR