“Texnikabank”ın Yasamal rayon filialının həbsdə olan sabiq müdir müavininin apellyasiya şikayəti təmin olunmayıb

“Texnikabank”ın Yasamal rayon filialının həbsdə olan sabiq müdir müavininin apellyasiya şikayəti təmin olunmayıb
# 06 sentyabr 2012 15:13 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Apellyasiya Məhkəməsində “Texnikabank”ın Yasamal rayon filialının sabiq müdir müavini Elnur Seyidovun barəsində seçilmiş həbs-qətimkan tədbirinin müddətinin uzadılması barədə Səbayel rayon Məhkəməsinin qərarından verilən apellyasiya şikayəti əsasında məhkəmə prosesi keçirilib. E. Seyidovun vəkili Əsabəli Mustafayevin APA-ya verdiyi məlumata görə, hakim Faiq Qasımovun sədrlik etdiyi prosesdə apellyasiya şikayətinin təmin olunmaması barədə qərar qəbul olunub.

Qeyd edək ki, bir müddət əvvəl istintaq orqanı məhkəməyə müraciət edərək, E. Seyidovun barəsində seçilmiş həbs –qətimkan tədbirinin müddətinin 3 uzadılmasını xahiş edib. Məhkəmə həmin müraciət təmin edib. Qeyd edək ki, E. Seyidov Cinayət Məcəlləsinin 178. 3.1 və 178.3.2-ci (dələduzluq) maddələri ilə ittiham olunur.

Onu da qeyd edək ki, E. Seyidov AXCP sədri Əli Kərimlinin qaynıdır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR