Cənub bölgəsində 283 QİÇS xəstəsi var

Cənub bölgəsində 283 QİÇS xəstəsi var
# 13 yanvar 2009 09:10 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev – APA. 2008-ci ildə Azərbaycanın cənub bölgəsində 64 QİÇS xəstəsi aşkarlanaraq qeydiyyata götürülüb. Bu barədə APA-nın cənub bürosuna Lənkəran Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin (RGEM) HİV/QİÇS diaqnostikası laboratoriyasının müdiri Rəmiəli İbişov məlumat verib. Onun sözlərinə görə, ötən il laboratoriyada müayinədən keçmiş şəxslər arasında 64 nəfər QİÇS xəstəsi aşkarlanıb ki, onlardan 30 nəfəri Lənkəran, 19 nəfəri Masallı və 15 nəfəri Astara rayonlarının sakinləridir. Ümumilikdə isə bölgə üzrə 283 QİÇS xəstəsi qeydiyyata alınıb. Onların 162 nəfəri Lənkəran, 52 nəfəri Masallı, 46 nəfəri Astara, 17 nəfəri Cəlilabad, 3 nəfəri Yardımlı və 3 nəfəri Lerik rayonlarının payına düşür. R. İbişov bildirib ki, 2008-ci ildə həmçinin bölgə üzrə 2 QİÇS xəstəsi, ötən 10 il ərzində isə 21 nəfər HİV daşıyıcısı dünyasını dəyişib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR