Azərbaycan fond bazarında vasitəçilərlə birja arasındakı əlaqələr virtual formata keçiriləcək

Azərbaycan fond bazarında vasitəçilərlə birja arasındakı əlaqələr virtual formata keçiriləcək
# 14 yanvar 2009 12:49 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) ölkənin fond bazarında fəaliyyət göstərən vasitəçilərlə birja arasındakı əlaqələrin virtual formata keçirilməsinə dair layihə həyata keçirmək niyyətindədir. «APA-Economics»in məlumatına görə, bunu QKDK-nın sədri Rüfət Aslanlı bildirib.
R.Aslanlının sözlərinə görə, layihənin son hədəfi bazar vasitəçiləri ilə birja arasındakı əlaqələrin kağız formatından elektron formata keçirilməsi, qiymətli kağızlar bazarının virtual mühitinin yaradılması və bu kimi məsələlərin həllidir: «Buna baxmayaraq, bu, çox böyük bir layihə ola bilər. Hazırda bu məsələ üzərində düşünürük».
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR