Tanınmamış “Dnestryanı Respublikası”nın xarici borcu 120 dəfə artıb

Tanınmamış “Dnestryanı Respublikası”nın xarici borcu 120 dəfə artıb
# 07 fevral 2009 08:31 (UTC +04:00)
Tiraspol-APA. Tanınmamış “Dnestryanı Respublikası”nın xarici borcu ötən 15 il ərzində 15 milyon dollardan 1,8 milyard dollar çatıb. APA-nın məlumatına görə, tanınmamış qurumun rəhbərliyi borcun əsas hissəsinin Rusiyadan mavi yanacaq idxalı nəticəsində formalaşdığını bildirir. Ötən ilin dekabrın Rusiyadan qazın hər min kubmetrini 287 dollara alan “Dnestraynı Respublikası” üçün bu il həmin qiymət 30 dollar bahalaşıb. Qeyd edək ki, “Qazprom”la tanınmamış qurum arasında qaz nəqlinə dair rəsmi saziş mövcud deyil. Lakin Avropaya qaz nəql olunan kəmərlərdən biri “Dnestryanı Respublika”nın ərazisindən keçir. Bu isə tanınmamış quruma öz əhalisini mavi yanacaqla təmin etməyə imkan verir. Ötən ilin sonlarına kimi “Dnestryanı Respublika”nın qaza görə borcu 1,473 milyard dollara çatıb. “Qazprom” pulun ödənilməsi üçün “Moldovaqaz” şirkətini beynəlxalq məhkəməyə verib. Məhkəmə Rusiya tərəfin iddiasını təmin edib və 2006-cı ilin il rübü üçün Moldovanın Rusiyaya 42 milyon dollar pul ödəməsi barədə qərar çıxarıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR