ATƏT-in Minsk Qrupunun fransalı həmsədri Bernar Fasienin regiona səfəri başlayıb

ATƏT-in Minsk Qrupunun fransalı həmsədri Bernar Fasienin regiona səfəri başlayıb
# 04 aprel 2009 10:39 (UTC +04:00)
APA-nın “Panorama” saytına istindən verdiyi məlumata görə, diplomat Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanla görüşüb. Görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair müzakirələr aparılıb. B. Fasienin Ermənistan prezidenti Serj Sarkisyanla da görüşü nəzərdə tutulur.

Fransalı həmsədr regiona səfəri çərçivəsində Azərbaycana da gələcək. Onun Azərbaycana səfəri aprelin 6-na planlaşdırılır.

Qeyd edək ki, artıq amerikalı həmsədr Metyu Brayza aprelin 3-də Azərbaycanda səfərdə olub və müxtəlif görüşlər keçirib. M. Brayza səfərinin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında aprel ayı ərzində həmsədrlərin birlikdə regiona səfər edəcəklərini də bildirib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR