2023-cü ildə həyatında ilk dəfə təyin olunmuş diaqnozla 30 500 şəkərli diabet xəstəsi qeydə alınıb.
Bu barədə APA-nın sorğusuna cavab olaraq Dövlət Statistika Komitəsindən məlumat verilib. Bildirilib ki, onlardan 1044 nəfər insulindən asılı, 29456 nəfər isə insulindən asılı olmayan şəkərli diabet xəstələridir.
2023-cü ilin sonuna tibb müəssisələrində qeydiyyatda olan şəkərli diabet xəstələrinin cəmi sayı 385179 nəfərdir ki, onlardan 35765 nəfəri insulindən asılı, 349414 nəfər isə insulindən asılı olmayan şəkərli diabet xəstələridir.