Almaniya kanalında Qarabag münaqişəsi haqqinda veriliş yayimlanacaq

Almaniya kanalında Qarabag münaqişəsi haqqinda veriliş yayimlanacaq
# 30 aprel 2009 14:07 (UTC +04:00)
Bakı-APA. Mayın 3-də Avropa Azərbaycanlıları Konqresinin təşkilatçılığı ilə Almaniyanın Frankfurt şəhərində fəaliyyət göstərən “FOX TÜRK” televiziya kanalında Qarabag münaqişəsi haqqında 2 saat yarımlıq veriliş yayımlanacaq. Bu barədə APA-ya Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib. Avropa Azərbaycanlıları Konqresinin prezidenti Başar Kömürün Diasporla İş üzrə Dövlət Komitəsinə verdiyi xəbərə görə, veriliş Almaniya vaxtı ilə saat 17.30-da (Bakı vaxtilə 20.30-da) başlanacaq və canlı yayımlanacaq. Zəki Şahinin müəllifi olduğu proqramda Qarabağ münaqişəsinin başlanması, işğala məruz qalan ərazilərdə yaşayan insanların başına gətirilən müsibətlər, yüz minlərlə soydaşımızın evsiz-eşiksiz qalması, müharibənin Azərbaycan xalqına və dövlətinə vurduğu ziyan, eləcə də problemin sülh yolu ilə həlli istiqamətində aparılan danışıqlar barədə məlumat veriləcək. Verilişdə Avropa Azərbaycanlıları Konqresinin prezidenti Başar Kömür, Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzinin rəhbəri Samirə Patzer Ismayılova, Avropa Türk İş Adamları Mərkəzinin prezidenti Ahmet Serdar Yenice, “Almaniya Türk Toplumu”nun təmsilçiləri Sener Sargut və Arif Arslaner, yazıçı-jurnalist Mehmet Koca, tədqiqatçı Sabriye Supcun iştirak edəcəklər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR