Müsavat Partiyasının Gənclər Təşkilatı Azad Rəhimova müraciət edib

Müsavat Partiyasının Gənclər Təşkilatı Azad Rəhimova müraciət edib
# 21 may 2009 13:25 (UTC +04:00)
Bakı. Elnur Məmmədli - APA. Müsavat Partiyasının Gənclər Təşkilatı Azərbaycanın gənclər və idman naziri Azad Rəhimova müraciət edib. Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan müraciətdə Müsavat Gənclər Təşkilatının üzvlərinə qarşı təqib və təzyiqlərin başlandığı bildirilir. Müsavatçı gənclər müraciətlərində “Facebook” internet portalında olan səhifələrinin bağlanıldığını, “You Tube” internet video portalında isə təşkilat üzvlərinin ünvanına təhqir və hədə-qorxuların yer aldığını qeyd ediblər.

Bundan başqa, Dövlət Neft Akademiyasında baş vermiş faciə ilə bağlı mayın 10-da keçirilən aksiya zaman təşkilatın bir neçə üzvünün saxlandığı da diqqətə çatdırılır.

Müraciət müəllifləri nazirdən onları qəbul etməsini və problemlə yaxından maraqlanmasını xahiş ediblər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR