Sabah Azərbaycanda ilk dəfə qılıncoynatma üzrə beynəlxalq turnir start götürəcək
22 may 2009 07:42 (UTC +04:00)
Sabah Azərbaycanda ilk dəfə qılıncoynatma üzrə beynəlxalq turnir start götürəcək. Apasport.az saytının məlumatına görə, “Baku Fencing Open” adlı yarışda kişi və qadınlar şpaqa, həmçinin sablya növündə mübarizə aparacaqlar.
Azərbaycan Qılıncoynatma Federasiyasının (AQF) baş katibi Ramin Məmmədov bildirib ki, Bakı İdman Sarayında keçiriləcək turnirə 12 ölkədən 110-dək idmançı qatılacaq. Eyni zamanda, ölkəmizə Türkiyə, Bolqarıstan və Latviya Qılıncoynatma Federasiyalarının prezidentlərinin gəlişi gözlənilir. Bolqarıstanlı rəsmi həm də Beynəlxalq Qılıncoynatma Federasiyasının (FİE) İcraiyyə Komitəsinin üzvüdür.
Yarışın açılış mərasimi sabah saat 16:00-da olacaq. Açılışda gənclər və idman naziri Azad Rəhimov, AQF-nin prezidenti Nazim İbrahimov və idman ictimaiyyətinin digər üzvləri iştirak edəcəklər. Qadın sablyaçılar arasındakı turnir FİE-nin təqvim-planına salınıb. Bu səbəbdən qadın sablyaçılar üçün daha çox mükafat nəzərdə tutulub: 1-ci yerə 5 min, 2-ci yerə 3 min, 3-cü yerə 2 min manat. Kişilərin sablya və şpaqa, eləcə də qadınların şpaqa növündə qaliblərə isə nisbətən az pul mükafatı veriləcək (1-ci pillə 3 min, 2-ci pillə 2 min, 3-cü pillə min manat).
“Baku Fencing Open” mayın 24-də yekunlaşacaq.

Atletika
Bolqarıstan Prezidenti və xanımı Milli Gimnastika Arenası ilə tanış olublar
18:45
8 may 2024
Yığmamız Avropa bürüncünü qazanıb
18:10
5 may 2024
Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Bakı marafonu 2024” keçirilib - FOTO - YENİLƏNİB-2
17:45
5 may 2024
“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşib
14:20
5 may 2024