Bakıda avtomobillə vurulan piyada xəstəxanada ölüb

Bakıda avtomobillə vurulan piyada xəstəxanada ölüb
# 14 sentyabr 2015 09:17 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Bakıda yol-nəqliyyat hadisəsi zamanı xəsarət almış şəxs ölüb.

Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, sentyabrın 6-da Yeni Suraxanı qəsəbəsində Bakı şəhər sakini, 1976-cı il təvəllüdlü Qəhrəman Qəhrəmanov idarə etdiyi “Mercedes” markalı avtomobillə 1963-cü il təvəllüdlü Yaşar Qurbanovu vurub. Xəstəxanaya yerləşdirilən Y. Qurbanov sentyabrın 12-də orada ölüb.

Suraxanı rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR