Sirt şəhərinin İŞİD-dən azad edilməsi üçün son döyüş başlayıb

Sirt şəhərinin İŞİD-dən azad edilməsi üçün son döyüş başlayıb
# 28 avqust 2016 12:32 (UTC +04:00)

Bakı-APA. Liviyada İŞİD terrorçularının Sirt şəhərindəki son mövqeyinə hücum başlanıb.

APA-nın “France-Presse” agentliyinə istinadən verdiyi məlumata görə, Sirt şəhəri uğrunda döyüşlər iyunda başlanıb.

Sirtdə İŞİD-ə qarşı hücumda əsasən Liviya Milli Barışıq Hökumətinə qarşı loyal Misrata şəhərinin hərbi dəstələri iştirak edir. Avqustun əvvəlində şəhərin 70 faizi İŞİD-dən azad edilib.

Qeyd edək ki, İŞİD terrorçuları Sirt şəhərini və Liviyanın Aralıq dənizi sahillərinin bir qismini 2015-ci ildə zəbt edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR