Nigerdə ​​ABŞ qoşunlarının çıxarılması tələbi ilə nümayiş keçirilib

Nigerdə ​​ABŞ qoşunlarının çıxarılması tələbi ilə nümayiş keçirilib
# 21 aprel 2024 18:36 (UTC +04:00)

Nigerin şimalında, ABŞ-ın bölgədəki ən böyük hərbi-hava qüvvələri bazasının yerləşdiyi Aqadez şəhərində ABŞ qoşunlarının dərhal çıxarılması tələbi ilə nümayiş keçirilib.

APA xəbər verir ki, bu barədə Agence France-Presse (AFP) məlumat yayıb.

Məlumata görə, bir neçə yüz etirazçı ABŞ qoşunlarının Nigerdən çıxarılmasını tələb edən plakatlarla yanaşı, Niger, Burkina Faso, Mali və Rusiyanın dövlət bayraqları ilə çıxış ediblər. Etiraz aksiyasını Nigerin hazırkı hakimiyyətini dəstəkləyən 24 vətəndaş cəmiyyəti birliyi təşkil edib.

Qeyd edək ki, mart ayında Niger Afrika ölkəsinin şimalında Amerika PUA bazası yaradılan ABŞ ilə hərbi müqaviləni ləğv edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR