Rusiya İstintaq Komitəsinin sədri təyyarə qəzası ilə əlaqədar Misirə səfər edib

Rusiya İstintaq Komitəsinin sədri təyyarə qəzası ilə əlaqədar Misirə səfər edib
# 03 noyabr 2015 13:02 (UTC +04:00)

Bakı - APA. Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin Misirə gedib.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, A. Bastrıkin Misirdə çalışan İstintaq qrupu əməkdaşlarının hesabatlarını dinləyəcək, daha sonra isə təyyarənin qəzaya uğradığı əraziyə baş çəkəcək.

Qeyd edək ki, Şarm əl Şeyxdən Sankt-Peterburqa uçan təyyarə oktyabrın 31-də qəzaya uğrayıb. Rusiyanın “Koqalımavia” aviaşirkətinə məxsus təyyarənin dağıntıları Şimali Sinay əyalətinin inzibati mərkəzi olan El Ariş şəhərində aşkarlanıb.

Qəza nəticəsində həyatını itirənlərin əksəriyyəti Rusiya vətəndaşlarıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR