Bakıda 32 yaşlı kişi bıçaqlanıb

Bakıda 32 yaşlı kişi bıçaqlanıb
# 22 dekabr 2015 22:38 (UTC +04:00)

Bakı. Fərahim Qasımov-APA. Sabunçuda bıçaqlanma hadisəsi olub. APA-nın məlumatına görə, hadisə Sabunçu rayonunda qeydə alınıb. Rayon sakini 1983-cü il təvəllüdlü Murad Mehdiyev naməlum şəxs tərəfindən bıçaqlanıb. O dərhal təcili yardım maşını ilə 3 saylı şəhər kilinik xəstəxanasına çatdırılıb.

Xəstəxananın cərrahı Aydın Kazımovun verdiyi məlumata görə, xəstə qarın ön divarının kəsilmiş-deşilmiş yarası ilə xəstəxanaya daxil olub: "Xəstə ağır vəziyyətdə xəstəxanamıza gəlmişdi. Təcili əməliyyat olundu. Hal-hazırda xəstə reanimasiya şöbəsinə yerləşdirilib. Xəstənin həyatı üçün heç bir təhlükə yoxdur".

Faktla bağlı Sabunçu rayon Polis İdarəsinə araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR