Zaqatalada 18 yaşlı qız motosikletin qoşqusundan yıxılaraq xəsarət alıb

Zaqatalada 18 yaşlı qız motosikletin qoşqusundan yıxılaraq xəsarət alıb
# 23 may 2016 09:14 (UTC +04:00)

Zaqatala. Vüqar Heydərov - APA. Zaqatala rayonunda 18 yaşlı qız bədbəxt hadisə nəticəsində xəsarət alıb.

APA-nın Şəki-Zaqatala bürosunun xəbərinə görə, mayın 22-də rayonun Əliabad qəsabə sakini, 1998-ci il təvəllüdlü, Zeynəb Nurməmməd qızı Nurməmmədova müxtəlif dərəcəli bədən xəsarətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndirilir.

Zaqatala rayon Polis Şöbəsindən bildirilib ki, kənd sakini Nurməmməd Nurməmmədov idarə etdiyi qoşqulu motosikletlə ailə üzvləri ilə birlikdə əkin sahəsindən evə qayıdarkən, motosikletin qoşqusunda olan qızı Zeynəb Nurməmmədova ehtiyatsızlıqdan yıxılıb. Nəticədə Zeynəb Nurməmmədova müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Faktla bağlı Zaqatala rayon PŞ-də araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR