İyun – sentyabr aylarında keçirilmiş qanvermə aksiyalarda 4 687 nəfər iştirak edib

İyun – sentyabr aylarında keçirilmiş qanvermə aksiyalarda 4 687 nəfər iştirak edib
# 05 oktyabr 2015 13:22 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə Bakı və regionlarda könüllü qanvermə aksiyaları davam edir. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, bu ilin iyun – sentyabr ayları ərzində Şabran, İmişli, Sabirabad, Şirvan, Ucar, Ağdam, Qusar, Bərdə, Neftçala, Siyəzən, Samux, Goranboy, Zaqatala, Göyçay, Qax, Balakən, Ağdaş və digər rayonlarda keçirilmiş aksiyalarda ümumilikdə 4687 nəfər iştirak edib.

Bildirilib ki, tədarük olunan qan və komponenlərindən hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan bütün xəstələrin müalicəsində istifadə olunacaq.

Qeyd olunub ki, Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə qanvermə aksiyalarının keçirilməsi davam etdiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR